Qiorqi Mikautadze - Dayanmaq niyətində deyilik, Avropa çempionatı indi başladı #1TVSPORT
Qiorqi Mikautadze - Dayanmaq niyətində deyilik, Avropa çempionatı indi başladı #1TVSPORT

 
Avro-2024-ün qrup mərhələsi başa çatdıqdan sonra bombardirlərə Gürcüstan milli komandasının hücumçusu Qiorqi Mikautadze liderlik edir. O, üç qarşılaşmada üç qol vurub və bir məhsuldar ötürmə edib.

Tarixi uğurdan, qitə birinciliyinin 1/8 finalına yüksəldikdən sonra Qiorqi Mikautadze Birinci Kanala şərh verib və bu qələbənin əhəmiyyətindən danışıb.

“Gürcüstan qalib gəldi və biz Avropa çempionatının 1/8 finalına çıxdıq. Azarkeşlərə necə təşəkkür edəcəyimi bilmirəm, onlar hər zaman arxamızdadırlar, biz isə onları sevindirmək üçün hər şeyi edirik.

Dayanmaq niyətində deyilik, Avropa çempionatı indi başladı. Növbəti rəqibimizin İspaniya olacağını bilirik və növbəti mərhələyə keçmək üçün hər şeyi etməliyik”- Qiorqi Mikautadze açıqlayıb.

1/8 finalda Gürcüstan və İspaniya yığmalarının qarşılaşması iyunun 30-da Kölndə keçiriləcək.