Qia Volski- Gürcüstan heç vaxt və heç bir addımı ilə xarici kursuna xəyanət etməyib, konstitusiya ilə möhkəmləndirilmiş mövqeyində möhkəm dayanır
Qia Volski- Gürcüstan heç vaxt və heç bir addımı ilə xarici kursuna xəyanət etməyib, konstitusiya ilə möhkəmləndirilmiş mövqeyində möhkəm dayanır

 
Gürcüstan heç vaxt və heç bir addımı ilə xarici kursuna xəyanət etməyib, konstitusiya ilə möhkəmləndirilmiş mövqeyində möhkəm dayanır-bu haqda parlamentin birinci vitse-spikeri Qia Volski deyib.

Volski bildirib ki, Rusiya ilə bağlı hamının söhbət mövzusuna çevrilmiş məsələdən danışılması konkret siyasi məqsəd daşıyır.

“Uzun müddətdir -“friendly fire” termini yayılıb, tərcümədə dost atəşi, dramatik vəziyyətdən irəli gələrək müttəfiqlərinə hücum deməkdir. Gürcüstana qarşı belə sərt bəyanatlar şəlaləsi olanda bu termini yada sala bilərik. Gürcüstan xarici kursunda möhkəm dayanır, dəyişmir, ona ehtiyac duyur və istənilən mövzunu gündəmə gətirmək, üstəlik Rusiya ilə hansısa ittifaqın mövcudluğu haqda hamının söhbət mövzusuna çevrilmiş məsələdən danışılması konkret siyasi məqsəd daşıyır, bu da reallıq kimi müzakirə edilməməlidir”- Qia Volski qeyd edib.