Qəzzada girov götürülənlərin ailə üzvləri Təl-Əvivdə etiraz aksiyası keçirib
Qəzzada girov götürülənlərin ailə üzvləri Təl-Əvivdə etiraz aksiyası keçirib

Qəzzada girov götürülənlərin ailə üzvləri Təl-Əvivdə etiraz aksiyası keçirib. Onlar girovların azad edilməsini ehtiva edən müqavilənin təcili imzalanmasını tələb ediblər.

Etirazçılar gedərkən şüarlar səsləndirərək, İsrailin baş naziri Benyamin Netanyahunu bu günə planlaşdırılan ABŞ Konqresindəki çıxışında girovların azad edilməsinə dair razılaşmanı elan etməyə çağırıblar.

Benyamin Netanyahunun ABŞ-a səfəri ilə paralel olaraq İsraildə də bir neçə etiraz aksiyası planlaşdırılıb. Netanyahu Konqresdəki çıxışından sonra ABŞ prezidenti Co Baydenlə görüşəcək.