Qəzza sektorunun Xan Yunis şəhərində İsrailin hərbi əməliyyatı zamanı azı 81 nəfər həyatını itirib
Qəzza sektorunun Xan Yunis şəhərində İsrailin hərbi əməliyyatı zamanı azı 81 nəfər həyatını itirib

 
Qəzza sektorunun Xan Yunis şəhərində İsrailin hərbi əməliyyatı zamanı azı 81 nəfər həyatını itirib.

Yerli informasiya mənbələrinin məlumatına əsasən, 250-dən çox insan yaralanıb.

Yayılmış məlumatda, İsrail ordusunun şəhəri aviasiya və artilleriya ilə bombaladığı deyilir. Bundan əvvəl İsrailin Müdafiə Qüvvələri humanitar bölgə olaraq müəyyən edilmiş ərazidən genişmiqyaslı təxliyə əmri vermişdi.

Xan Yunisin şərqində İsrailin hərbi avtomobillərinin və buldozerlərinin düzülməsi haqda məlumat yayılır. İsrail ordusunun kütləvi təxliyə əmri təxminən 8,7 kvadrat kilometr ərazini əhatə edir və dırnaqarası Al-Mavasi “humanitar bölgəsi”nin ilkin ölçüsünü 15%-lə azaldır.