Prokurorluq öz əməkdaşına qarşı zorakılıq faktının istintaqına başladı
Gürcüstan prokurorluğunun baş inspeksiyasında, prokurorluöun əməkdaşına qarşı həyata keçirilən zorakılıq faktı ilə bağlı, Gürcüstanın cinayət məcəlləsinin 126-cı maddəsinin birinci hissəsi ilə istintaq başladı.
Bu barədə bəyanatı prokurorluq yayır.
Prokurorluğun məlumatına görə, istintaqın başlamasına səbəb, prokurorluq əməkdaşı tərəfindən yanvarın 23-də gecə saatlarında edilən xəbərdarlıq oldu.
Prokurorluğun əməkdaşı taksi ilə yolçuluq edirdi və qarşı tərəfdən gələn avtomobil yolçusu ona fiziki və sözlü təhqir etdi, ancaq patrul polisi gələnə qədər hadisə yerindən qaçdı.
“Məsələ ilə bağlı istintaq prosesi başladı və qeyd edilməlidir ki, baş verən hadisə prokurorluq əməkdaşının fəaliyyəti ilə bağlı deyil. Həmçinin, ailə münaqişəsi ilə bağlı məlumat da doğru deyil” – deyilir prokuroluğun bəyanatında.