"Pride" festivalının əleyhdarları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma davam edir
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə “Pride” festivalının əleyhdarları arasında qarşıdurma davam edir. Etirazçılar polis kordonunu yarmağa müvəffəq olublar. Onlar “Pride” festivalının yekun tədbirinin keçiriləcəyi əraziyə daxil olmağa çalışırlar.
Əldə olan məlumata görə, polis bir neçə nəfəri ərazidən çıxarıb.