Poti Hospitalına şübhəli simptomlarla daxil edilən 3 pasiyentin koronavirusa yoluxması təsdiqlənməyib.Onlarda hərarət və digər respirator simptomlar qeydə alınırdı.
Pasiyentlər boks tipli palatalara yerləşdiriliblərmiş.
″Biz 3 pasiyentin analiz cavablarını aldıq.Bunlar Potidən olan 17 yaşlı oğlan,24 və 20 yaşlı qızlar idi.Onlardan götürülən bioloji nümunə Zuqdidinin YXX-nın laboratoriyasına PCR tədqiqat üçün göndərildi.Xoşbəxtlikdən onların heç birinin koronavirusa yoluxması təsdiqlənmədi″- deyə Poti Hospitalının direktoru,Tea Miqineişvili bildirib.
Hazırladı-Sevinc Mustafayeva