Portuqaliyada polis səhlənkarlıq ucbatından meşə yanğınları törətməkdə şübhəli bilinən 14 nəfəri saxlayıb
Portuqaliyada polis səhlənkarlıq ucbatından meşə yanğınları törətməkdə şübhəli bilinən 14 nəfəri saxlayıb

 
Portuqaliya polisi meşə yanğınları ilə əlaqədar 14 şübhəlini saxlayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları yanğınların ola bilsin məhz bu şəxslərin səhlənkarlığı ucbatından baş verdiyini ehtimal edirlər.

Son məlumatlara əsasən, Portuqaliyada yanğınlar nəticəsində azı 7 nəfər həlak olub. Onlarla ev və on minlərlə hektar meşə sahəsi məhv olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları yanğının arxasında cinayət əlamətlərinin ola biləcəyindən şübhələnirlər, çünki yanğın gecə vaxtı və qəribə şəraitdə baş verib.

Tədqiqatçıların sözlərinə əsasən, yanğınların güclənməsinin səbəbi iqlim dəyişikliyinə görə meşələrin çox quru olmasıdır. Vəziyyəti güclü külək də çətinləşdirir.