Polşanın müdafiə nazirinin müavini - Polşa "Patriot" sistemlərini Ukraynaya verməyə razı deyil, Polşanın "Patriot"ları onun səmasını qoruyurlar və bu dəyişməyəcək
Polşanın müdafiə nazirinin müavini - Polşa "Patriot" sistemlərini Ukraynaya verməyə razı deyil, Polşanın "Patriot"ları onun səmasını qoruyurlar və bu dəyişməyəcək

Polşa öz ərazisində yerləşdirilmiş “Patriot” sistemlərini Ukraynaya verməyə razı deyil-bu haqda Polşanın müdafiə nazirinin müavini Tsezar Tomçik sosial şəbəkədə yazıb.

“Polşanın “Patriot”ları onun səmasını qoruyurlar və bu dəyişməyəcək”- Tomçik yazır.

Amerika “Patriot”larının batareyası hazırda Polşada yerləşdirilib. “New York Times” Polşada yerləşdirilən Amerikanın “Patriot” sisteminin Ukraynaya göndərilməsi haqda müzakirə aparılması ilə bağlı məlumat yayıb. “New York Times” nəşri, söhbətin səkkiz buraxılış radarı və digər avadanlıqla birlikdə bütün batareyanın verilməsindən, yoxsa yalnız onun ayrı-ayrı elementlərinin verilməsindən getdiyini dəqiqləşdirməyib.