Polşa Ordusunun Baş Qərargah rəisi - Polşa ordusunu genişmiqyaslı münaqişəyə hazırlamalıdır
Polşa Ordusunun Baş Qərargah rəisi - Polşa ordusunu genişmiqyaslı münaqişəyə hazırlamalıdır

Polşa ordusunu genişmiqyaslı münaqişəyə hazırlamalıdır, – bu barədə Polşa Ordusunun Baş Qərargah rəisi Veslav Kukula bildirdi.

“Reuters” agentliyinin məlumatına əsasən, Moskva 2022-ci ilin fevralın 24-də on minlərlə əsgər ilə qonşu Ukraynaya müdaxiləsindən sonra Polşanın Rusiya və onun müttəfiqi Belarusla münasibətləri kəskin şəkildə pisləşdi.

“Bu, bizi sərhəd missiyası ilə orduda təlimin intensivliyini saxlamaq arasında yaxşı balans tapmağa məcbur edir”, – Polşa Ordusunun Baş Qərargah rəisi qeyd etdi.

Varşava Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq müdafiə xərclərini ÜDM-in 4 faizinə qədər artırdı. Polşanın silahlı qüvvələrinin sayı ötən ilin sonunda quru, hava, dəniz, xüsusi təyinatlılar və ərazi müdafiə qüvvələri də daxil olmaqla, təxminən 190 min nəfər təşkil edib. Polşa bir neçə ildən sonra bu rəqəmi 300 minə gədər çıxarmağı planlaşdırır.