"Politico" - Ukraynanın üzvlüyü ilə bağlı danışıqlar ehtimal ki, iyunda başlayacaq, lakin ola bilsin Macarıstan sədr ölkə olana qədər danışıqlardan yayınsın
"Politico" - Ukraynanın üzvlüyü ilə bağlı danışıqlar ehtimal ki, iyunda başlayacaq, lakin ola bilsin Macarıstan sədr ölkə olana qədər danışıqlardan yayınsın

 
Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı rəsmi danışıqlar ehtimal ki, iyun ayında başlayacaq. Anonimliyinin qorunması şərtilə beş diplomat “Politico” ya iyunun 25-ni Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarının başlamasının dəqiq tarixi olaraq göstərib.

“Politico”nun məlumatında, hazırda avropalı və ukraynalı diplomatların Ukraynanın üzvlüyü ilə bağlı danışıqların başlanmasına razılıq verməsi üçün Macarıstan hökuməti ilə bu məsələni intensiv şəkildə müzakirə etdikləri deyilir.

Anonim mənbələrdən biri ehtimal edir ki, Macarıstan ola bilsin iyul ayında Avropa Şurasının rotasiya prinsipi ilə sədr ölkəsi olana qədər, Ukraynanın üzvlüyü ilə bağlı danışıqlardan yayınsın.