"Politico" – Avropa Parlamentinin 63 deputatı Macarıstanın əlindən Avropa İttifaqında səsvermə hüququnun alınması üçün Avropa İttifaqının rəhbərliyinə müraciət edir
"Politico" – Avropa Parlamentinin 63 deputatı Macarıstanın əlindən Avropa İttifaqında səsvermə hüququnun alınması üçün Avropa İttifaqının rəhbərliyinə müraciət edir

 
Avropa Parlamentinin 63 deputatı Macarıstanın əlindən Avropa İttifaqında səsvermə hüququnun alınması üçün Avropa İttifaqının rəhbərliyinə müraciət edir. Buna səbəb olaraq isə Macarıstanın Baş naziri Viktor Orbanın son hərəkətləri göstərilir. “Politico” məlumatı Avropa Parlamentinin deputatlarının məktubuna istinadən yayır.

Yayılmış məlumata əsasən, avropalı parlamentarilər məktubu Avropa Komissiyasının Prezidenti Ursula fon der Laien, Avropa Şurasının Prezidenti Şarl Mişel və Avropa Parlamentinin sədri Roberta Metsolaya göndəriblər. Onlar məktubda Macarıstanın Baş nazirinin artıq şuraya sədrlik roluna ciddi ziyan vurduğunu və bundan sui-istifadə etdiyini bildirirlər. Onların qiymətləndirmələrinə əsasən, Macarıstanın Baş naziri Rusiya və Çinə səfərləri zamanı öz səlahiyyətlərini məqsədyönlü şəkildə qeyri-düzgün göstərib.

“Bu, Macarıstanın şurada səsvermə hüququnun dayandırılması kimi real hərəkətlər tələb edir, çünki təcrübə göstərdi ki, bu vəziyyətin sadəcə sözlü olaraq pislənməsinin heç bir təsiri yoxdur”- avropalı parlamentarilər bildirirlər.