Pis hava şəraitinə görə Qərbi Avropada ən azı 7 nəfər həlak olub
Pis hava şəraitinə görə Qərbi Avropada ən azı 7 nəfər həlak olub

 
Pis hava şəraitinə görə Qərbi Avropada ən azı 7 nəfər həlak olub.

Medianın yazdığı kimi, güclü yağıntı İsveçrə, İtaliya və Fransanın bəzi hissələrinə təsir edib. Xüsusən güclü yağış və şimşək daşqınlara, sürüşmələrə səbəb olub və İsveçrə, İtaliya və Fransanın bölgələrinə xeyli ziyan vurub.

İsveçrədə torpaq sürüşməsi nəticəsində 3 nəfər həyatını itirib. Yay düşərgəsindən uşaqlar da daxil olmaqla təxminən 400 nəfər təxliyə edilməli olub. Yollar və körpülər dağıldığı üçün bəzi yaşayış məntəqələrinə getmək mümkün deyil. Kanton Tiçinonun bütün ərazisində rabitə, su təchizatı və elektrik enerjisi ilə bağlı problemlər var.

İtaliyada Piemonti və Valle d’Aosta bölgələri zərər görüb. Piemontidə xilasedicilər su basmış ərazilərdə təxminən 80 nəfəri xilas ediblər. Sürüşmə nəticəsində regional avtomobil yolu bağlanıb, bir neçə bina və mağaza su altında qalıb.