Pentaqon - 2001- ci ilin 11 sentyabr terror aktlarını hazırlamaqda ittiham olunan üç nəfərlə iddia sövdələşməsi əldə olunub
Pentaqon - 2001- ci ilin 11 sentyabr terror aktlarını hazırlamaqda ittiham olunan üç nəfərlə iddia sövdələşməsi əldə olunub

 
2001-ci ilin 11 sentyabr terror aktlarını hazırlamaqda ittiham olunan üç nəfərlə iddia sövdələşməsi əldə olunub. Bu haqda məlumatı ABŞ-ın Müdafiə Departamenti yayır.

“BBC” yazır ki, “Al-Qaeda”nin döyüşçüsü Xalid Şeyx Muhamedi və daha iki nəfər günahını etiraf edib, bunun müqabilində də prokurorluq onların ölüm cəzasına məhkum edilməsini tələb etməyəcək. İddia sövdələşməsinin şərtləri hələ açıqlanmayıb.

Bundan əvvəl ölüm hökmünü aradan qaldırmaq və günahın etiraf edilməsi müqabilində gözlənilən cəzanı ömürlük həbslə əvəz etmək üçün ABŞ Prokurorluğu tərəfindən 2001-ci ilin 11 sentyabr hücumlarını təşkil etməkdə təqsirləndirilən üç məhbusa sövdələşmə təklif olunub. Cavab olaraq Quantanamo həbsxanasındakı məhbuslar tələblərin siyahısını yazıblar, əgər onlar yerinə yetirilsə, sövdələşməyə hazır idilər. 2023-cü ilin sentyabrında ABŞ Prezidenti Co Bayden məhbusların tələblərini yerinə yetirməkdən imtina etdi.