Parlamentin sədri vəzifəsinə Arçil Talakvadzeyi seçdilər
Parlamentin sədri vəzifəsinə Arçil Talakvadzeyi seçdilər

Gürcüstan Parlamentinin sədri vəzifəsinə Arçil Talakvadzeyi seçdilər.

Arçil Talakvadzenin ikinci dəfə parlamentin sədri olaraq seçilməsini 86 deputat dəstəklədi.

Onuncu çağırış parlamentinin ilk iclası reqlamentə müvafiq qayda ilə davam edir.

Gürcüstanın 10-cu çağırış parlamentinin səlahiyyəti rəsmi olaraq, qəbul edildi.

Parlament üzvlərininn səlahiyyətini təsdiqləyən sənədi 87 deputat dəstəklədi.

Parlament 150 deputatın səlahiyyətini rəsmi olaraq tanıdı, onların arasında 60 müxalifət deputatı var.