Parlamentin sədri və parlamentarilər Müdafiə Qüvvələrinin 1-ci Piyada Briqadasında olublar
Parlamentin sədri və parlamentarilər Müdafiə Qüvvələrinin 1-ci Piyada Briqadasında olublar

 
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili və parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvləri Müdafiə Qüvvələrinin Şərq Komandanlığının Qoridə yerləşən 1-ci Piyada Briqadasında olublar.

Gürcüstanın müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili qanunverici orqanın nümayəndələrini qəbul ediblər. Deputatlar 1-ci Piyada Briqadasının 11-ci və 14-cü batalyonlarının ərazisində davam edən infrastruktur işləri və hərbi qulluqçuların yaşayış şəraiti ilə tanış olublar.

Parlamentarilər yenilənmiş kazarma, sinif otaqları, müalicə məntəqəsi və müasir idman avadanlıqları ilə təchiz olunmuş idman zalını ziyarət ediblər. Daha sonra qonaqlar hərbi qulluqçularla birgə nahar ediblər. Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvləri Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq edirlər.

Parlament nəzarəti çərçivəsində deputatlar qurumun fəaliyyəti ilə mütəmadi olaraq tanış olurlar və Gürcüstan miqyasında hərbi bazaları ziyarət edirlər.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.