Parlamentin plenar iclasında “Quruculuq Strategiyası”nın lideri Qiorqi Vaşadzenin üstünə su töküblər.
Qiorqi Vaşadze çıxış edərkən parlament əksəriyyətinin üzvü İrma Zavradaşvili onun üstünə su töküb.
“Afərin, minnətdaram. Bravo, siz busunuz. Heç nə olmaz. Bu, vəhşilik həddinə çatmış xainlərin yoludur. Bu, sizin hamınızın dayandığınız xəyanət yoludur. İnanın ki, bu su mənə heç nə etməyəcək, sizin seçdiyiniz xəyanət yolu gürcü xalqına heç nə etməyəcək. Vahid və güclü Gürcüstanı nə qədər varlı olursa olsun heç vaxt heç bir qəddar insan diz çökdürə bilməyəcək” – Qiorqi Vaşadze deyib.
Prezidentin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qoyduğu veto Gürcüstan Parlamentinin plenar iclasında müzakirə edilir.