Parlament Rati İonatamişvilini Prokurorluq Şurasının üzvü seçib

17:26, 29.05.2024

 
Parlament Hüquqların Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Rati İonatamişvilini Prokurorluq Şurasının üzvü seçib.

Rati İonatamişvilini 83 deputat dəstəkləyib.

Rati İonatamişvili parlament əksəriyyətinin kvotası ilə Prokurorluq Şurasına təqdim edilib.

Rati İonatamişvili Prokurorluq Şurasında Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkün Düşənlərlə İş, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri vəzifəsinə təyin edilmiş Mixeil Sarcveladzeni əvəz edib.

Oxşar