Parlament müxalifətinin deputatları parlament qarşısındakı aksiyaya qoşulması üçün Salome Zurabişviliyə müraciət ediblər
Parlament müxalifətinin deputatları Rustaveli prospektində davam edən aksiyaya qoşulması üçün Gürcüstanın Prezidenti Salome Zurabişviliyə müraciət ediblər. Bu haqda müxalifətçi deputat Tamar Kordzaia parlament qarşısında aksiyada çıxışı zamanı bəyan edib.
“Biz azad dünya çərçivəsində səsimizi ucaldacaq və fəaliyyətimizlə azadlıq uğrunda mübarizəyə töhfə verəcəyik. Biz azad milli dövlətik və bunu oktyabrda keçiriləcək referendumda təsdiq edəcəyik.
Gürcüstanın birliyinin rəmzi, Gürcüstanın Ali Baş Komandanı, Gürcüstan Prezidenti Salome Zurabişvilidən bizim yanımıza gəlməsini və bu birliyin başında dayanmasını xahiş edirik” – deyə Tamar Kordzaia deyib.
Aksiya iştirakçıları parlament tərəfindən prezidentin “Xarici təsirin şəffaflığı” qanununa qoyduğu vetonun dəf edilməsinə etiraz edirlər.
Gürcüstanın Parlamenti “Xarici təsirin şəffaflığı” qanununa prezidentin qoyduğu vetonu dəf edib.
Vetonun dəf edilməsini və qanunun ilkin variantının qəbul edilməsini 84 deputat dəstəkləyib, 4 deputat əleyhinə səs verib.