Paris 2024 | Müstəqil Gürcüstanın tarixində ən yaxşı nəticə - nümayəndə heyətimiz Olimpiadada üç qızıl, üç gümüş və bir bürünc medal qazandı #1TVSPORT
Paris 2024 | Müstəqil Gürcüstanın tarixində ən yaxşı nəticə - nümayəndə heyətimiz Olimpiadada üç qızıl, üç gümüş və bir bürünc medal qazandı #1TVSPORT

 
Gürcüstanın Olimpiya nümayəndə heyəti Paris 2024 Yay Oyunlarını medalların ümumi sayına görə 24-cü yerdə başa vurdu.

Paris Olimpiadası ölkəmiz üçün müstəqillik tarixində ən uğurlu olimpiada oldu. Gürcüstan üç qızıl, üç gümüş və bir bürünc medala layiq görüldü.

Cüdo – Laşa Bekauri (qızıl), Tato Qriqalaşvili, İlia Sulamanidze (gümüş)

Ağır atletika – Laşa Talaxadze (qızıl)

Sərbəst güləş – Qeno Petriaşvili (qızıl), Qivi Macaraşvili (gümüş)

Boks – Laşa Quruli (bürünc)

Paris 2024-ə qədər Gürcüstanın Olimpiya komandası üçün ən uğurlu üç qızıl, iki gümüş və iki bürünc medal qazandığımız Pekin 2008 idi.

Paris Olimpiadasında ən yaxşı nəticəni Amerika Birləşmiş Ştatları göstərdi- amerikalı idmançıların 40 qızıl, 44 gümüş və 42 bürünc medalı var.