Para-ağırlıq qaldırma | Akaki Cincaradze Tbilisi Dünya Kubokunda bürünc medal qazandı #1TVSPORT
Para-ağırlıq qaldırma | Akaki Cincaradze Tbilisi Dünya Kubokunda bürünc medal qazandı #1TVSPORT

 
Akaki Cincaradze Tbilisidə davam edən para-ağırlıq qaldırma üzrə Dünya Kubokunda bürünc medal qazanıb.

Gürcüstanlı para-atlet +107 kq-da 242 kiloqramı qaldıraraq şəxsi rekorda imza atıb. Cincaradze göstərdiyi nəticəylə Paralimpiya Oyunlarının dünya reytinqində üçüncü yeri tutur.

Tbilisi turnirində 71 ölkədən para-idmançılar iştirak edir, onlardan 22-si gürcüdür. Tbilisi artıq beşinci dəfədir para-ağırlıq qaldırma üzrə belə yüksək səviyyəli turnirə ev sahibliyi edir. Müsabiqə Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin və Tbilisi Meriyasının maliyyə dəstəyi ilə keçirilir.

Xatırladaq ki, para-idmanın bu növündə 2024-cü ilin Paris Paralimpiya Oyunlarında gürcü para-atlet, Avropa çempionu Akaki Cincaradze mübarizə aparacaq.