Panama Universitetində baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb
Panama Universitetində baş verən atışma nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

“Reuters” xəbər verir ki, Panama Universitetində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Polis və universitet mənbələrinin məlumatına görə, Panama Universitetinin filialına hücum edən şəxs atəş açıb, nəticədə bir gənc ölüb, digəri isə yaralanıb.

Polisdən verilən məlumata görə, araşdırma başlansa da, hələlik heç kim həbs edilməyib.

“Reuters”in yazdığı kimi, Panamada məktəb və universitetlərdə atışma çox nadir hallarda baş verir.