Paata Kvijinadze Beynəlxalq Valyuta Fondunun missiyasının yeni rəhbəri ilə görüşüb
Parlamentin Maliyyə və Büdcə Komitəsinin sədri Paata Kvijinadze Beynəlxalq Valyuta Fondunun missiyasının yeni rəhbəri Alexandro Haidenberqlə görüşüb. Beynəlxalq Valyuta Fondunun Gürcüstandakı daimi nümayəndəsi Endryu Cuvel də parlamentdə keçirilən görüşdə iştirak edib.
Tanışlıq məqsədli görüşdə Gürcüstanın makroiqtisadi sabitliyinə, fiskal və monetar siyasətə, inflyasiya, yenidən maliyyələşdirmə dərəcəsi və bank sektorunda mövcud vəziyyətə toxunulub. Həmçinin, Gürcüstanla Beynəlxalq Valyuta Fondu arasında cari məsələləri müzakirə ediblər.
Maliyyə və Büdcə Komitəsinin sədri Beynəlxalq Valyuta Fondunun missiyasının yeni rəhbərinə gələcək fəaliyyətində uğurlar arzulayıb və sıx əməkdaşlığa hazır olduğunu bildirib.