Ötən sutka ərzində İsrailin hərbi əməliyyatı Qəzza sektorunda 37 nəfərin həyatını itirməsi ilə nəticələnib
Ötən sutka ərzində İsrailin hərbi əməliyyatı Qəzza sektorunda 37 nəfərin həyatını itirməsi ilə nəticələnib.
Ərəb mediasının yaydığı məlumata əsasən, Misir sərhədi yaxınlığında yerləşən Rafahda israilli hərbçilər ilə “HƏMAS” döyüşçüləri arasında intensiv küçə döyüşləri gedir. Şəhər artilleriya ilə bombalanır.
İsrail ordusu Qəzza şəhərinin Zeytun məhəlləsində də quru əməliyyatını bərpa edib. İsrailin hərbi aviasiyası Qəzzanın şimalını bombalayıb, bu da təlafatla nəticələnib. İsrailin Müdafiə Qüvvələrində son sutka ərzində Qəzza sektorunda 50 hava hücumunun həyata keçirildiyini açıqlayıblar.