Otar Şamuqia – 2023-cü ildə aqro-ərzaq məhsulunun ixracı 1,44 milyard ABŞ dolları təşkil edib

16:54, 29.05.2024

 
Ətraf mühitin müdafiəsi və kənd təsərrüfatı naziri Otar Şamuqia, ölkədə ixrac göstəricilərinin stabil olaraq artmaqda olduğunu bildirib.

O, bu haqda Gürcüstanın Parlamentində 2023-cü ilin hesabatını təqdim edərkən bəyanat verib.

“Son 5 il ərzində gürcü aqro-ərzaq məhsulunun ixracı hər il orta hesabla 13 faiz artır və 2023-cü ildə rekord həddə çatıb- 1,44 milyard dollar təşkil edib, bu da 2022-ci ilin göstəricisindən 15 faiz çoxdur. İxrac edən ölkələrin coğrafiyası da böyüyür” – deyə Otar Şamuqia açıqlayıb.

O bildirib ki, ixracın müsbət artım göstəricisi 2024-cü ildə də qorunub saxlanacaq.

“Cari ilin birinci rübündə Gürcüstandan həyata keçirilmiş aqro-ərzaq məhsulunun ixrac dəyəri 365 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 22%-lə çoxdur” – Otar Şamuqia bildirib.

Oxşar