Onuncu çağırış parlamentinin ilk iclası keçirilir
Onuncu çağırış parlamentinin ilk iclası keçirilir

Onuncu çağırış parlamentinin ilk iclası keçirilir.

İclası saat 12:00-da Gürcüstan prezidenti Salome Zurabişvili açdı və parlament üzvlərinə nitqlə müraciət etdi.

Onuncu çağırış parlamentini ilk iclasında Almaniya səfiri Hubert Knirş və ABŞ səfiri Kelli Deqnan iştirak edirlər.

İlk iclasda deputatlar parlamentin sədrini, onun müavinlərini və komitə sədrlərini seçəcəklər.

Mərkəzi seçki komisiyasının yekun aktına əsasən, onuncu çağırış parlamnetinə doqquz partiya daxil olmalıdır. Parlamentdə iqtidarın 90 deputatı, müxalifətin isə, 60 deputatı olmalıdır.

Müxalifətin 60 mandatı belə bölünüb:

“Avropa Gürcüstanı” – beş mandat,

“Milli Hərəkat” – 36 mandat,

“Vətənpərvərlər alyansı” – 4 mandat,

“Leyborist partiyası” – 1 mandat,

“Vətəndaşlar” – Aleko Elisaşvili – iki mandat,

“Giorgi Vaşadze – Ağmaşenebeli strategiyası” – 4 mandat,

“Girçi” – 4 mandat,

“Lelo” – 4 mandat.