"Onadək belə bir şey görməmişdim, insanlar futbola görə küçələrə çıxmışdılar"- Gürcüstan yığmasının məşqçisi Devid Veb "BBC"yə danışıb #1TVSPORT
"Onadək belə bir şey görməmişdim, insanlar futbola görə küçələrə çıxmışdılar"- Gürcüstan yığmasının məşqçisi Devid Veb "BBC"yə danışıb #1TVSPORT

 
“BBC” Gürcüstanın futbol yığması haqqında maraqlı məqalə dərc edir. Məqalənin müəllifi Ema Smitdir.

“Saat 2-də paytaxtın əsas meydanının insanlarla dolması üçün futbol komandası xüsusi nəticə əldə etməlidir. Martın 26-da Gürcüstan millisi Yunanıstanı məğlub edərək, ilk dəfə olaraq böyük beynəlxalq turnirin final mərhələsinə – Avropa çempionatına keçəndə məhz bu baş verdi.

Qələbədən 1 saat sonra mənə dedilər ki, məşqçi, hazırlaş, Tbilisinin küçələrinə çıxırıq. Onadək belə bir şey görməmişdim, insanlar futbola görə küçələrə çıxmışdılar. 10 dəqiqəlik yol Azadlıq meydanına çatana qədər bir saata qədər uzandı” – yığmanın məşqçisi Devid Veb “BBC”yə deyib.

1991-ci ildə Gürcüstan müstəqillik əldə etdi. O zamandan bu ölkənin komandası 15 təsnifat mərhələsinin oyununu keçirib və ilk dəfə böyük futbol forumuna vəsiqə qazanıb.

“Bir çox gürcü kimi, mənim də həyatımın ən gözəl günü idi. Mən əvvəllər belə emosiya yaşamamışdım, səhər saat 7-yə kimi küçələrdə gəzirdik, qışqırırdıq, bir-birimizi qucaqlayırdıq”-jurnalist Saba Sapanadze bildirir.

Gürcüstan yığması “Bayern” ilə Çempionlar Kubokunu qazanan və 2006-cı ildə Fransa yığması ilə Dünya Çempionatının finalında oynayan fransalı məşqçi Vili Saniolinin rəhbərliyi altında uğur qazanıb.

Gürcüstan Çempionlar Liqası və Seriya “A”nın təcrübəli hücumçusu olan Xviça Kvaratsxeliaya sahibdir.

“Xviça səssiz liderdir. O, çox çalışır, hətta məşqdən sonra da öz oyununu yaxşılaşdırmağa çalışır” – ikinci məşqçi Devid Veb bildirir.

Gürcüstan yığması bir oyunçudan ibarət komanda deyil. O, “Watford”un yarımmüdafiəçisi Qiorqi Çakvetadzeyə və “Valensiya”nın qapıçısı Qiorqi Mamardaşviliyə sahibdir.

“Düşünürəm ki, Avropa çempionatında çoxları üçün sürpriz olacağıq. Türkiyə və Çexiya ilə ilk iki matçda xal qazanmalıyıq. Hər şey məhz bu görüşlərdə həll olunacaq”- Sapanadze bildirir.