Omanın paytaxtı Muskatda məscidlərdən birinin yaxınlığında baş verən atışma nəticəsində 4 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb
Omanın paytaxtı Muskatda məscidlərdən birinin yaxınlığında baş verən atışma nəticəsində 4 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb

 
Omanın paytaxtı Muskatda məscidlərdən birinin yaxınlığında baş verən atışma nəticəsində 4 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Medianın məlumatında, hücumun motivinin hazırda bilinmədiyi deyilir. Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq başladıblar.

Qeyd edilməlidir ki, Omanda belə hücumlar nadir hallarda baş verir və o, Yaxın Şərq bölgəsinin ən sabit və dinc ölkəsidir.

Hadisə ilə əlaqədar ABŞ-ın Omandakı səfirliyi Amerika vətəndaşlarına xəbərdarlıq edib və hadisə yerinə yaxınlaşmaqdan çəkinməyə çağırıb.