Olaf Şolts- Co Bayden ölkəsi, Avropa, dünya üçün çox şeyə nail oldu, onun yenidən namizədliyini irəli sürməmək qərarı hörmətə layiqdir
Olaf Şolts- Co Bayden ölkəsi, Avropa, dünya üçün çox şeyə nail oldu, onun yenidən namizədliyini irəli sürməmək qərarı hörmətə layiqdir

 
Co Baydenin yenidən namizədliyini irəli sürməmək qərarı hörmətə layiqdir-bu haqda Almaniya kansleri Olaf Şolts sosial şəbəkədə yazır.

“Dostum Co Bayden ölkəsi, Avropa, dünya üçün çox şeyə nail oldu. Onun sayəsində transatlantik əməkdaşlıq sıxdır, NATO güclüdür, ABŞ isə bizim üçün yaxşı və etibarlı tərəfdaşdır. Onun yenidən namizədliyini irəli sürməmək qərarı hörmətə layiqdir” – Olaf Şolts yazır.

Bir az bundan əvvəl, Co Baydenin 2024-cü ilin prezident seçkilərindən namizədliyini geri çəkdiyi və Demokratların namizədi kimi vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyi məlum olub.