Nyu-York, Minnesota və Merilend ştatlarının demokrat qubernatorları Co Baydenin yenidən ABŞ prezidenti seçilməsini dəstəkləyəcəklərini bəyan edirlər
Nyu-York, Minnesota və Merilend ştatlarının demokrat qubernatorları Co Baydenin yenidən ABŞ prezidenti seçilməsini dəstəkləyəcəklərini bəyan edirlər

 
Nyu-York, Minnesota və Merilend ştatlarının demokrat qubernatorları Co Baydenin yenidən ABŞ prezidenti seçilməsini dəstəkləyəcəklərini bəyan edirlər. Qubernatorlar bu haqda Ağ Evdə Co Bayden və vitse-prezident Kamala Harrislə görüşdən sonra bəyan ediblər.

“Prezident hər zaman bizdən dəstək görüb. İndi də onu dəstəkləyirik”– Merilend ştatının qubernatoru Ues Mur deyib.

Murun dediyi kimi, Baydenin zəif debat performansı ilə bağlı seçicilərin mənfi münasibətini qubernatorlar dürüstcə ifadə edirdilər. Merilendin qubernatoru bildirib ki, debatlardan sonra aydın olub ki, noyabrın 5-nə qədər görüləsi iş var, hərçənd Bayden görüşdə yarışda qalacağını qeyd edib.

Nyu York ştatının qubernatoru Keyt Hokul isə görüşdən sonra daha inamlı olduğunu və qubernatorların hamısının Baydenə dəstək ifadə etdiyini bildirib.

“Prezident seçkilərdə qalib gəlmək üçün iştirak edir”- Hokul deyib.

Minnesota ştatının qubernatoruna gəlincə, Tim Vals Baydenin debatının kifayət qədər pis keçdiyini, lakin ABŞ-ın hazırkı prezidentinin bu vəzifəyə uyğun olduğunu hiss etdiyini qeyd edib.

Ağ Evdə Co Bayden və Kamala Harris ilə keçirilən görüşdə 24 demokrat qubernator iştirak edib.