Norveç Ukraynaya altı ədəd "F-16" təyyarə qırıcısı verəcək
Norveç Ukraynaya altı ədəd "F-16" təyyarə qırıcısı verəcək

Norveç Ukraynaya altı ədəd “F-16” qırıcısı verəcək. Ölkə hökumətində bildirirlər ki, Ukraynaya hərbi təyyarələrin çatdırılmasına bu il başlanmalıdır.

Norveçin müdafiə naziri Byorn Arild Grammın söylədiyinə görə, Ukraynanın daha çox təlim keçmiş pilotları və yardımçı heyəti olacağına baxmayaraq, koalisiya üzvləri Kiyevə yeni təyyarələr də əlavə edəcək.

Norveç yeni “F-35” tipli təyyarələrə mərhələli şəkildə keçdikdən sonra 2021-ci ildə “F-16” döyüş təyyarələrini silahlanmadan çıxarıb.

Bir az əvvəl Niderlandın müdafiə naziri Ruben Brekelmans bildirib ki, Ukrayna və Niderland “F-16” təyyarələrinin tez bir zamanda cəbhə xəttində fəaliyyət göstərə bilməsi üçün mühüm addımlar atır.

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyaya səmada əffəktiv şəkildə qarşı durmaq üçün Ukraynaya ən azı 128 ədəd “F-16″lazımdır.