Nikol Paşinyan - Hər yeni gün Azərbaycanla sülh müqaviləsini imzalamaq üçün əla fürsətdir
Nikol Paşinyan - Hər yeni gün Azərbaycanla sülh müqaviləsini imzalamaq üçün əla fürsətdir

 
Hər yeni gün Azərbaycanla sülh müqaviləsini imzalamaq üçün əla fürsətdir -bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb.

Nikol Paşinyan bildirib ki, Ermənistana ordu müharibə vasitəsi olaraq deyil, bütün digər dövlət təsisatları kimi sülh vasitəsi olaraq lazımdır.

“Problem ondadır ki, sülh müqaviləsinin mətni üzrə razılaşmalar əldə edilməlidir. Ümid edirəm ki, razılaşma əldə olunacaq. Daha doğrusu, bu razılaşma 2022-ci ilin oktyabrın 6-da Praqada əldə olunub, daha sonra Soçi və Brüsseldə. Əsas prinsiplər razılaşdırılıb, yalnız onları müqavilənin mətnində təkrarlamaq qalır. Fikrimcə, bizim bu işi tez bir zamanda başa çatdırmaq imkanımız var. Görəndə ki, bu iş başa çatıb, imzalanma vaxtı gəlib çatıb, imzalanma vaxtı və yeri ayrıca müzakirə olunacaq məsələdir” – deyə Nikol Paşinyan açıqlayıb.