Nikol Paşinyan - Ermənistan Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırmaq üçün başqa ölkədən icazə istəməyəcək
Nikol Paşinyan - Ermənistan Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırmaq üçün başqa ölkədən icazə istəməyəcək

 
Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkəsinin Avropa İttifaqı ilə münasibətləri yaxşılaşdırmaq üçün başqa ölkədən icazə istəməyəcəyini bildirib.

“Onlar münasibətləri yaxşılaşdırarkən bizdən icazə istəmirlər, hətta bu, bizim maraqlarımız hesabına olsa belə. Məsləhətləşmələrə, müzakirələrə, dialoqa hazırıq, lakin kiminlə münasibətləri inkişaf etdirməli olduğumuza dair icazə istəmirik” – Paşinyan deyib.

Paşinyan, Ermənistanın suveren ölkə olduğunu və bunun əsasında diplomatik münasibətlər qurmağı planlaşdırdığını bildirib.