Nigeriyada məktəbin uçması nəticəsində azı 22 uşaq ölüb, 130-dan çox uşaq yaralanıb
Nigeriyada məktəbin uçması nəticəsində azı 22 uşaq ölüb, 130-dan çox uşaq yaralanıb

BBC xəbər verir ki, Nigeriyada məktəbin uçması nəticəsində azı 22 uşaq ölüb, 130-dan çoxu yaralanıb.

Medianın yazdığına görə, 1000 şagirdin təhsil aldığı məktəb binası səhər saatlarında uçub və şagirdlər siniflərdə olub.

BBC-nin məlumatına görə, onların bir çoxu hələ də dağıntılar altındadır.

“BBC” yazır ki, məktəbin dağılmasının səbəbi hələlik məlum deyil, lakin sakinlərin sözlərinə görə, ehtimal olunan səbəb üç gündür yağan güclü yağış olub.