"Newsweek" - Co Baydenin seçki kampaniyasından geri çəkilməsindən sonra keçirilmiş ilk sorğulara əsasən Kamala Harris Donald Trampa uduzur
"Newsweek" - Co Baydenin seçki kampaniyasından geri çəkilməsindən sonra keçirilmiş ilk sorğulara əsasən Kamala Harris Donald Trampa uduzur

 
Co Baydenin seçki kampaniyasından geri çəkilməsindən sonra keçirilmiş ilk sorğulara əsasən Kamala Harris Donald Trampa uduzur Bu haqda məlumatı “Newsweek” yayır.

Nəşrə əsasən, Baydenin bəyanatından sonra “On Point Politics” və “SoCal Research” tərəfindən keçirilmiş sosioloji sorğularda görünür ki, seçicilərin 51 faizi Donald Trampı dəstəkləyir, namizəd olaraq irəli sürülməsi halında isə 43 faizi seçkilər bu gün keçirilsəydi, Kamala Harrisi dəstəkləyəcəkdi.

Fikri soruşulanların 6 faizi qərar verməyib.