"New York Times" - İsmayıl Haniyəni iki ay əvvəl Tehranda mehmanxanaya gizli şəkildə daxil edilmiş uzaqdan idarə olunan bomba ilə qətlə yetiriblər
"New York Times" - İsmayıl Haniyəni iki ay əvvəl Tehranda mehmanxanaya gizli şəkildə daxil edilmiş uzaqdan idarə olunan bomba ilə qətlə yetiriblər

 
“HƏMAS”ın lideri İsmayıl Haniyəni iki ay əvvəl Tehranda mehmanxanaya gizli şəkildə daxil edilmiş uzaqdan idarə olunan bomba ilə qətlə yetiriblər – bu haqda məlumatı “New York Times” yayır.

Amerika nəşri iranlı və amerikalı rəsmi şəxslərə istinadən yazır ki, partlayıcı qurğunu gizli şəkildə İran İnqilab Keşikçiləri Korpusuna məxsus binaya daxil ediblər və İsmayıl Həniyə otaqda olarkən işə salıblar.

Bundan əvvəl iqamətgaha raket hücumunun həyata keçirildiyi haqda məlumat yayılırdı.

Rəsmi qiymətləndirmələrə əsasən, partlayış binanın pəncərələrini sındırıb və binanın divarının bir hissəsini uçurub, lakin binanın özünə minimal ziyan dəyib, bu da raket zərbəsi ehtimalının az olduğunu göstərir.

İranlı mənbənin məlumatına əsasən, hücumun dəqiqliyi İsrail kəşfiyyat xidməti “Mossad”ın komandasının 2020-ci ildə iranlı nüvə alimi Möhsün Fəxrizadəni öldürmək üçün istifadə etdiyi uzaqdan idarə olunan avtomata oxşar olub.

İsrail İsmayıl Haniyənin qətli ilə əlaqədar rəsmi şəkildə danışmır, lakin Qərb mediasının məlumatına əsasən, İsrail kəşfiyyatının nümayəndələri əməliyyatın təfərrüatları barədə dərhal ABŞ və digər Qərb hökumətlərini məlumatlandırıblar.

Qonaq evi istirahət, gizli görüşlər və görkəmli qonaqların yerləşdirilməsi üçün istifadə olunur.