"New York Times" - Ayətullah Əli Xamenei İsmayıl Haniyənin qətlinə görə İsrailə birbaşa zərbə endirilməsi əmrini verib
"New York Times" - Ayətullah Əli Xamenei İsmayıl Haniyənin qətlinə görə İsrailə birbaşa zərbə endirilməsi əmrini verib

 
İranın ruhani lideri Ayətullah Əli Xamenei İsrailə birbaşa zərbə endirilməsi əmrini verib. Bu haqda məlumatı “New York Times” yayır.

“New York Times”ın yazdığı üzrə, Xamenei əmri İranın Milli Təhlükəsizlik Şurasının iclasında verib və buna səbəb olaraq “HƏMAS”ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin qətlini göstərib.

Məlumat üçün bildirək ki, “HƏMAS”ın siyasi lideri İsmayıl Haniyəni ötən gecə Tehranda İran Prezidentinin andiçmə mərasimindən sonra qətlə yetiriblər. Onun iqamətgahı İran vaxtı ilə gecə saat 02:00-da bombalanıb. “HƏMAS”ın nümayəndələri “İsmail Haniyənin qorxaqcasına qətlə yetirilməsinin cavabsız qalmayacağını” bildiriblər. İranın ruhani lideri isə qeyd edib ki, İran İsmayıl Haniyənin qətlinin qisasını almağı öz vəzifəsi hesab edir.