Nepalda torpaq sürüşməsi nəticəsində iki avtobus çaya düşüb, xilasedicilər təxminən 70 nəfəri axtarır
Nepalda torpaq sürüşməsi nəticəsində iki avtobus çaya düşüb, xilasedicilər təxminən 70 nəfəri axtarır

Nepalda torpaq sürüşməsi nəticəsində ümumilikdə 66 nəfərin olduğu iki avtobus çaya düşüb.

“BBC” yazır ki, bir avtobusda 24 nəfər, digərində isə 42 sərnişin olub. Məlumata görə, onlardan yeddisi Hindistan vətəndaşıdır.

Güclü yağış nəticəsində Trişuli çayı daşıb.

Səlahiyyətlilər əhalini tövsiyələri nəzərə almağa və yağış bitənə qədər uzaq məsafədən hərəkət etməməyə çağırır.

Hadisə yerində axtarış-xilasetmə işləri fövqəladə rejimdə aparılır, lakin sürüşmə nəticəsində fəlakət zonasına giriş yollarının bağlanması vəziyyəti çətinləşdirir.