Neapolda eyvanın uçması nəticəsində iki nəfər həlak olub
Neapolda eyvanın uçması nəticəsində iki nəfər həlak olub

 
İtaliyanın Neapol şəhərində eyvanın uçması nəticəsində iki nəfər həlak olub, 13 nəfər isə xəsarət alıb.

Bu haqda məlumatı yerli media yayır.

Xəsarət alanlar arasında iki ilə səkkiz yaş arasında olan yeddi uşaq var.

Onlardan birinin vəziyyəti kritikdir. Hadisə ilə bağlı istintaq başlayıb.