NATO sammiti çərçivəsində Vaşinqtonda Entoni Blinkenin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə üçtərəfli danışıqları planlaşdırılır
NATO sammiti çərçivəsində Vaşinqtonda Entoni Blinkenin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə üçtərəfli danışıqları planlaşdırılır

NATO sammiti çərçivəsində bu gün Vaşinqtonda Entoni Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə üçtərəfli danışıqları planlaşdırılır. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Erməni mediarinin məlumatına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken Vaşinqton NATO sammiti çərçivəsində bir-biri ilə danışmaq imkanı əldə ediblər. Tərəflər Ermənistan və ABŞ arasında münasibətlərin gündəliyini müzakirə ediblər.

Mediarın məlumatına görə, Ararat Mirzoyan ABŞ prezidentinin adından NATO-nun yaranmasının 75-ci ildönümü ilə bağlı keçirilən qəbulda iştirak edib.