NATO-nun Vaşinqton sammitinin bəyannaməsi - Ukrayna alyansa üzvlüyə doğru dönməz yoldadır, onun gələcəyi NATO-dadır
NATO-nun Vaşinqton sammitinin bəyannaməsi - Ukrayna alyansa üzvlüyə doğru dönməz yoldadır, onun gələcəyi NATO-dadır

 
Ukrayna NATO-ya üzvlüyə doğru dönməz yoldadır-bu haqda NATO-nun Vaşinqton sammitinin bəyannaməsində qeyd olunub.

“Biz Ukraynanın təhlükəsizlik ölçülərini seçmək və öz gələcəyinə kənar müdaxilə olmadan qərar vermək hüququnu tam dəstəkləyirik. Ukraynanın gələcəyi NATO-dadır” – sənəddə deyilir.

Bəyannamədə qeyd olunub ki, Ukrayna ötən bir ildə islahatların həyata keçirilməsi yolunda irəliləyişə nail olub.

Bununla yanaşı, NATO-ya üzv ölkələr Ukraynanın təhlükəsizliyinə uzunmüddətli yardım göstərməyə və 2025-ci il ərzində ən azı 40 milyard avro ayırmağa razılaşıblar.

“Biz, bu gün Rusiyanın təcavüzünə qalib gəlmək və gələcəkdə onu dayandırmaq iqtidarında olan Ukraynanı güclənməsində dəstəkləməklə bağlı qərarımızı bir daha təsdiqləyirik. Bu məqsədlə biz növbəti il ərzində minimum 40 milyard avro həcmində əsas maliyyə vəsaiti ayırmağı planlaşdırırıq” – deyə bəyannamədə qeyd olunub.

Sənədə əsasən, həmçinin alyans Ukrayna üçün nəzərdə tutulmuş silah və təlimlərin əlaqələndirilməsi məqsədinə xidmət edəcək mexanizm yaradacaq.