NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində "Agile Spirit 2023" hərbi təliminin komanda-qərargah komponenti keçirilib
NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində "Agile Spirit 2023" hərbi təliminin komanda-qərargah komponenti keçirilib

 

NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) “Agile Spirit 2023” çoxmillətli hərbi təliminin komanda-qərargah komponenti keçirilib.

Təlimdə iştirak edən müxtəlif ölkələrin hərbi qulluqçuları müdafiə əməliyyatları keçirib, təcrübələrini bir-biri ilə bölüşüblər. Təlimlərə Gürcüstan Müdafiə Qüvvələrinin Qərb Komandanlığı rəhbərlik edir. “Agile Spirit 2023” təlim sahəsi həm şərqi, həm də qərbi Gürcüstanı əhatə edir. Bu il təlimlərə NATO-ya üzv və tərəfdaş olan 21 ölkə, 3 təşkilat və 3600 hərbçi cəlb olunub.

“Agile Spirit 2023” Gürcüstanın Müdafiə Qüvvələri, ABŞ-ın Birləşmiş Qüvvələri, müttəfiq və tərəfdaş qüvvələr arasında taktiki səviyyədə qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq, çoxmillətli mühitdə əməliyyatların planlaşdırılması və icrası zamanı əməliyyat imkanlarını təkmilləşdirmək və gücləndirmək məqsədi daşıyır.

Məlumatı Gürcüstan MN-in mətbuat xidməti yayır.