Narendra Modi Vladimer Putinlə görüşündə Ukraynada günahsız uşaqların ölümünün dəhşətli və ağrılı olduğunu qeyd edib
Narendra Modi Vladimer Putinlə görüşündə Ukraynada günahsız uşaqların ölümünün dəhşətli və ağrılı olduğunu qeyd edib

 
Hindistanın Baş naziri Narendra Modi Rusiyanın Prezidenti ilə görüşü zamanı Ukraynada günahsız uşaqların ölümünün ağrılı və dəhşətli olduğunu qeyd edib. Bu barədə “Reuters” məlumat yayır.

“İstər müharibə, istər qarşıdurma, istərsə də terror aktı olsun, insanlığa inanan hər kəsin belə bir itki görəndə ürəyi parçalanır. Günahsız uşaqların öldürüldüyünü görəndə insan dəhşətə gəlir” – Modi qeyd edib.

“Reuters” agentliyi tərəfindən yayılmış məlumatda, Narendra Modinin Ukraynadakı əməllərinə görə Rusiyanı ilk dəfə tənqid etmədiyi qeyd olunub. 2022-ci ilin sentyabrında o, Putinə demişdi ki, “bugünkü dövr müharibə dövrü deyil”.

Məlumat üçün bildirək ki, bu gün Ukraynanın Prezidenti Volodimir Zelenski Hindistanın Baş nazirini Rusiyanın Prezidentini qucaqladığına görə tənqid edib.