Napareuli kəndi yaxınlığında baş verən yol qəzası nəticəsində bir nəfər həlak olub

Telavi Bələdiyyəsinin Napareuli kəndi yaxınlığında baş verən avtomobil qəzası insan tələfatı ilə nəticələndi.

Şahidlərin sözlərinə görə, sürücülər sükanı idarə edə bilməyib və bir -biri ilə toqquşub.

Toqquşma nəticəsində avtomobillərdən birinin sərnişini hadisə yerində dünyasını dəyişib. Həkimlərin dediyinə görə, hazırda digər sərnişinlərin səhhəti qənaətbəxşdir.

Hadisə yerində polis səfərbər edilib və araşdırma aparılır.