"NamaxvanSes"-ə qarşı çıxanlarla Qumati kəndində Zaza Lominadze görüşür
"NamaxvanSes"-ə qarşı çıxanlarla Qumati kəndində Zaza Lominadze görüşür

“NamaxvanSes”-ə qarşı çıxanlarla Qumati kəndində “Gürcü Arzusunun” Kutaisi majoritar deputatı, Zaza Lominadze görüşür.

Aksiya iştirakçıları Zaza Lominadzeni bir daha öz tələbləri ilə tanış etdilər.

SES-in tikintisinə qarşı çıxanlar səhərdən Qumati kəndinə toplaşıblar. Varlam Qoletianinin dediyinə görə, Zaza Lominadze onlara bəyan etdi ki, hakimiyyət və aksiya iştirakçıları arasında görüş cümə gününə qədər baş verəcək.

Aksiya iştirakçıları Daxili İşlər Nazirliyindən Namaxvari kəndinə doğru hərəkət etməyə icazənin verilməsini tələb edirlər.

Daxili İşlər Nazirliyi dəmir konstruksiyanın bir hissəsinə dünən aradan qaldırdı, lakin Namaxvari kəndinə doğru hərəkət yenə də qadağandır.

Öz növbəsində, tikinti şirkətinin avtomobilləri üçün avtomobil yolunu aksiya iştirakçıları da bağlayıblar. Onların bəyan etdiyinə görə, hakimiyyət nümayəndələri ilə görüşdən sonra, hakimiyyətin qərarını gözləyirlər. Aksiya iştirakçılarının açıqlamasına görə, dialoq onların tələblərinin yerinə yetirilməsindən sonra davam edəcək.