Mutsonun reabilitasiya layihəsi Parisdə keçirilən Mədəni İrs sammitində mükafatlandırıldı
Parisdə keçirilən “Avropa irsi” adlı mərasimdə, Gürcüstanın Mutso kəndinin reabilitasiya layihəsi “Cəmiyyətin seçimi” və “Avropa nostra” mükafatlarını aldı.
Bu barədə məlumatı, mərasimdə Gürcüstanın Mədəni İrs Agentliyinin rəhbəri Nikolos Antidze ilə bərabər şəxsən iştirak edən, Gürcüstan prezidenti Salome Zurabişvili sosiyal şəbəkədən yayır.
Mutso layihəsi 149 ölkənin iştirak etdiyi sammitdə 27 qalib arasında adlandırıldı.
Gürcüstanın Mədəni İrs Agentliyi bu layihəyi 2018-ci ildə təqdim etdi.
Layihə Gürcüstanın Mutso kəndindəki tarixi abidəsinin bərpasına aiddir.