Müxtəlif ölkələrin liderləri İranın yeni prezidentini seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edirlər
Müxtəlif ölkələrin liderləri İranın yeni prezidentini seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edirlər

 
Müxtəlif ölkələrin liderləri İranın yeni prezidenti Masud Pezeşkiyanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edirlər.

Avropa İttifaqı Masud Pezeşkiyanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

“Biz İranın prezident seçkilərinin nəticələrini tanıyırıq və seçilmiş prezident Masud Pezeşkiyanı təbrik edirik. Avropa İttifaqının kritik müdaxilə siyasətinə uyğun olaraq yeni hökumətlə əməkdaşlığa hazırıq” – xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçü Nabila Masral “X” sosial şəbəkəsində yazır.

Bununla yanaşı, “İRNA” agentliyinin məlumatına əsasən, Pezeşkiyan, Çin Xalq Respublikasının Prezidenti Si Dzinpin, Yaponiyanın Baş naziri Fumio Kişida, Hindistanın Baş naziri Narendra Modi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyan, Rusiyanın Prezidenti Vladimer Putin, Pakistanın Prezidenti Asif Ali Zərdari, Tacikistanın Prezidenti Emomali Rahmon, Serbiyanın Prezidenti Aleksandr Vuçiç, Malayziyanın Prezidenti Anvar İbrahimi, Belarusun Prezidenti Aleksandr Lukaşenko, Özbəkistanın Prezidenti Şavkat Mirzioyev, Maldiv adalarının Prezidenti Mohamed Muizu, Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev, Venesuelanın Prezidenti Nikolas Maduro, Türkmənistanın Prezidenti Serdar Berdimuhammedov, İordaniya Kralı II Abdullah da daxil olmaqla dünya liderlərindən təbriklər qəbul edib.

Cənubi Koreya hökuməti Pezeşkiyanın prezident seçilməsini təqdir edir və Tehranla Seul arasında münasibətlərin yaxşılaşacağına ümid edir.

İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Tsirielli İranın yeni prezidentini qələbə qazanması münasibətilə təbrik edib. “Ümid edirəm ki, biz Yaxın Şərqdə sülh və sabitliyi təmin etmək üçün əməkdaşlıq edə biləcəyik” – Edmondo Tsirielli qeyd edir.