Müxalifət partiyalarının nümayəndələri xartiyanı imzalamaq üçün Orbelianebi sarayına gedirlər
Müxalifət siyasi partiyalarının nümayəndələri Gürcüstanın Prezidenti Salome Zurabişvili tərəfindən təqdim edilmiş “Gürcü xartiyası”nı imzalayırlar.
Konkret olaraq, Orbelianebi sarayında xartiya sənədini bu vaxt üçün Eka Beselia, Elene Xoştaria, Zurab Caparidze, Paata Davitaia, Tako Çarkviani, Qia Qaçeçiladze, Mamuka Xazaradze və Nika Melia imzalayıblar.
Müxalifət nümayəndələri xartiyanı dəstəklədiklərini bildirirlər və sənəddə düzgün vurğuların edildiyini hesab edirlər.
“Qirçi” və “Qaxaria- Gürcüstana naminə” partiyası bu mərhələdə xartiyanı imzalamaqdan imtina edib.
Gürcüstanın Prezidenti Salome Zurabişvili mayın 26-da siyasi fəaliyyət planını, “Gürcü xartiyası”nı partiyalara təqdim edib. Salome Zurabişvilinin bəyanatına əsasən, “Gürcü xartiyası” cəmiyyətin sifariş və tələbini əks etdirir.