Mtsxetada arxeoloji muzeyin inşaatı başladı
Mtsxetada arxeoloji muzeyin inşaatı başladı

Mtsxeta şəhərində arxeoloji muzeyin inşaatı başladı.

Layihə çərçivəsində binada sərgi və konfrans məkanları və 25 000 unikal arxeoloji eksponat yerləşdiriləcək.

Həmçinin, mövcud olan binanın məkanında “Mtsxeta qapıları adlı” inteqrasiyalı arxeoloji abidənin konservasiya çalışmaları həyata keçiriləcək.

Muzeyin ətrafında isə, ictimai məkan yaradılacaq.

İnşaatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Naziri Zurab Alavidze, Mədəniyyət Naziri Mixeil Giorqadze və Mədəni İrsin Qorunması Agentliyinin baş direktoru Nikoloz Antidze, yerli icra hakimiyyətinin üzvləri ilə bərabər açdılar.