Mtsxeta Tibbi Mərkəzində 24 yaşlı pasientin həlak olması ilə bağlı bəyanat verildi
Mtsxeta Tibbi Mərkəzində 24 yaşlı pasientin həlak olması ilə bağlı bəyanat verildi

Mtsxeta Tibbi Mərkəzinin rəhbəri Lika Mumladzenin bəyanatına görə, koronavirusdan həlak olan 24 yaşlı pasient klinikaya noyabrın 18-də öskürək, təngnəfəslik, halsızlıq və pnevmoniya simptomları ilə gətirildi.

Mumladzenin dediyinə görə, pasientin vəziyyəti gətirildiyi gündən ağır idi.

“Bizim klinikamıza gətirilənə qədər pasientə Tbilisi Dəniz Hospitalının təcili antigem testi keçirildi, daha sonra burada keçirilən testlər nəticəsində də COVİD-19 diaqnozu təsdiqləndi.

Ağ ciyərinin iki tərəfli pnevmoniyası və olduqca mənfi laboratoriya göstəriciləri var idi. Diaqnoz qoyulduqdan sonra o intensiv terapiya bölməsində müalicə olunurdu.

Xronik xəstəlikləri barədə məlumatı yox idi, ancaq deyirdi ki, çoxdandır hərhansı tibbi yoxlanışdan keçməyib. Yuxu gətirən və yatırdan hərhansı preparatdan istifadə etmirdi, çünki ehtiyyacı yox idi.

Pasientin ölüm faktı necə ailəsi, eləcədə tibbi personal üçün çox ağırdır. Gənc pasientin ölməsi isə, bütün ölkə üçün faciədir. Pasienti ihmal edib, ona gərəkən yardımın edilməməsi ilə bağlı ittihamlara cavab verməyə belə çəkinirəm ” – dedi Lika Mumladze.